...

Daha bir mağaza Bakı Şopinq Festivalına qoşulub

İqtisadiyyat Materials 14 Aprel 2017 18:42 (UTC +04:00)
Bu gündən etibarən “French Connection” markası Bakı Şopinq Festivalına qoşulub.
Daha bir mağaza Bakı Şopinq Festivalına qoşulub

Bakı. Trend:

Bu gündən etibarən “French Connection” markası Bakı Şopinq Festivalına qoşulub.

Bununla da Gənclik Mall və Port Baku ticarət mərkəzlərində yerləşən “French Connection - FCUK” mağazalarda alış-veriş etməklə 30%-dan başlayan güzəştlər əldə etmək mümkün olacaq. Eləcə də, ödənilən məbləğin ƏDV-si alıcılara geri qaytarılacaq.

Festivala qoşulmuş mağazalar xarici turistlərə və Azərbaycan vətəndaşlarına sərfəli şərtlərlə öz mallarını təklif edəcəklər. Bakı Şopinq Festivalı çərçivəsində alıcılar “Baku Shopping Festival – Tax Free” stikerini gördükləri mağazalarda Festival zamanı aldıqları malların əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.

Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/ru/istirakcilarin-siyahisi/ linkində tanış olmaq olar.

Sevdiyiniz, bəyəndiyiniz malları sərfəli qiymətlərlə əldə edib üstəlik ƏDV vergisini də geri almaq istəyirsinizsə Baku Şopinq Festivalı boyu iştirakçı mağazalarda alış-veriş etməyə tələsin!

Hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti