...

Bu axşam bəzi küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

İqtisadiyyat Materials 17 Aprel 2017 17:40 (UTC +04:00)
Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri aparılacaq.
Bu axşam bəzi küçələrdə avtomobillərin hərəkəti  məhdudlaşdırılacaq

Bakı. Trend:

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq axşam 22:00-dan etibarən Parlament prospekti, Lermontov, Teymur Elçin və Mehdi Hüseynzadə küçələrində, həmçinin Xətai rayonu Ələddin Quliyev küşəsi, Ramstore yol qovşağı və Heydər Əliyev Mərkəzinin yanında da müvafiq işlər aparılacaq.

Qurumdan Trend-ə verilən məlumata görə, aparılacaq işlər çərçivəsində sözügedən ərazilərdə avtonəqliyyat vasitələrinin hərəkəti tam və qismən məhdudlaşdırılacaq.

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti