...

Bakıda 300-ə yaxın şirkət toplaşacaq - MÖTƏBƏR TƏDBİR

İqtisadiyyat Materials 18 Aprel 2017 13:12 (UTC +04:00)
İyunun 8-i Bakıda keçiriləcək növbəti Avropa İttifaqı-Azərbaycan biznes forumunda hər iki tərəfdən 300-ə yaxın şirkət iştirak edəcək
Bakıda 300-ə yaxın şirkət toplaşacaq - MÖTƏBƏR TƏDBİR

Bakı. Anaxanım Hidayətova, Yelena Kosolapova - Trend:

İyunun 8-i Bakıda keçiriləcək növbəti Avropa İttifaqı (Aİ) - Azərbaycan biznes forumunda hər iki tərəfdən 300-ə yaxın şirkət iştirak edəcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

Onun sözlərinə görə, Bakı forumunda yüksək səviyyəli qonaqlar iştirak edəcəklər: “Bizim öz biznesmenlərimizdən Azərbaycandakı biznes mühiti barədə eşitmək imkanı olacaq. Bundan başqa, biz Azərbaycanda islahatları necə dəstəkləyə biləcəyimizi nəzərdən keçirəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti