...

"Unibank"ın 10.000 AZN-lik lotereyasının qalibləri məlum oldu

İqtisadiyyat Materials 20 Aprel 2017 11:48 (UTC +04:00)
"Unibank"ın uduş fondu 10.000 AZN olan “Bahar lotereyası” 184 nəfərə sevinc bəxş edib.
"Unibank"ın 10.000 AZN-lik lotereyasının qalibləri məlum oldu

Bakı. Trend:

"Unibank"ın uduş fondu 10.000 AZN olan “Bahar lotereyası” 184 nəfərə sevinc bəxş edib. On minlərlə müştəri 757 mindən çox şansla lotereyada iştirak edib. Lotereya qalibləri xüsusi komissiyanın iştirakı ilə kompüter seçmə üsulu ilə seçilib.

Bu barədə Trend-ə bankdan məlumat verilib.

Qaliblər aşağıdakı qaydada pul mükafatı əldə ediblər.

1 nəfər 1000 AZN
3 nəfər 500 AZN
30 nəfər 100 AZN
50 nəfər 50 AZN
100 qalib 20 AZN

Xatırladaq ki, “Bahar lotereyası” çərçivəsində martın 4-dən aprelin 10-dək Unibankın kartı və Unibank Mobile-la həyata keçirilən bir çox əməliyyatlar lotereyada iştirak şansı qazandırırdı. Hər 10 AZN-lik əməliyyat bir şans sayılıb.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (http://unibank.az/az/private-clients/kampaniyalar/bahar2017 ) və yaxud facebook (www.facebook.com/unibank.az və twitter (https://twitter.com/unibank) səhifələrindən əldə etmək olar.

Unibank-hər kəsin bankı!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti