...

Dünya brendlərindən malları Bakı Şopinq Festivalında sərfəli qiymətlərlə əldə edin

İqtisadiyyat Materials 21 Aprel 2017 20:32 (UTC +04:00)
Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır.
Dünya brendlərindən malları Bakı Şopinq Festivalında sərfəli qiymətlərlə əldə edin

Bakı. Trend:

Paytaxtda dünyanın məşhur brendlərini təklif edən mağazalarında Festival güzəştlərini qaçırmayın! Bakı Şopinq Festivalının iştirakçısı olan “Dolce&Gabbana”, “Gucci”, “Valention”, “Mango”, “Next”, “Celio” və “TOD’S” mağazalarında alış-veriş etməklə, keyfiyyəti ilə bütün dünyada məşhur olan brend malları çox sərfəli qiymətə ala biləcəksiniz.

Turistlər və Azərbaycan vətəndaşları festival müddətində Dolce&Gabbana”, “Gucci”, “Valention”, “Mango”, “Next”, “Celio” və “TOD’S” brend mağazasında alış-veriş etməklə sərfəli təkliflər alacaqlar. Eləcə də, alıcılar xərclədikləri məbləğin əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.

Bakı Şopinq Festivalı alıcıları “Baku Shopping Festival – Tax Free” loqosu olan həmin mağazalarda alış-veriş etməklə, öz büdcələrinə qənaət etməyə dəvət edir. Bəyəndiyiniz malları sərfəli qiymətlərlə əldə edib, üstəlik ƏDV-ni geri almaq istəyirsinizsə Baku Şopinq Festivalı boyu Dolce & Gabbana”, “Gucci”, “Valention”, “Mango”, “Next”, “Celio” və “TOD’S” kimi mağazalarda alış-veriş etməyə tələsin!

Bakı Şopinq Festivalına qoşulan mağazalar arasında “Ordubad nemətləri” də yer alıb. Bakı Şopinq Festivalının iştirakçı statusu alan mağaza turistlərə və Bakı sakinlərinə Azərbaycanın dadlı nemətlərini təqdim edir.

Ölkəmizin dilbər güşəsi olan Naxçıvanın Muxtar Respublikasının Ordubad rayonunda yetişdirilən məhsullar ölkəmizin sərhədlərindən kənarda da böyük şöhrət qazanıb. Bakının Aşıq Alı küçəsi, 3C ünvanında yerləşən “Ordubad nemətləri” mağazasında həmin nemətləri daha sərfəli qiymətlərlə və bol çeşidlə almaq istəyən alıcılar üçün böyük fürsət təqdim edilir. Üstəlik ödənilən ƏDV də geri qaytarılacaq.

Bakı Şopinq Festivalı alıcıları “Baku Shopping Festival – Tax Free” loqosu olan “Ordubad nemətləri” mağazasında alış-veriş etməklə, həm yüksək keyfiyyətli sağlam qidalar almağa, həm də öz büdcəsinə qənaət etməyə dəvət edir.

Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/ru/our-stores/ linkində tanış olmaq olar. Həmin mağazalar mayın 10-nadək müştərilərə endirim və güzəştlər təqdim edəcəklər.

Sevdiyiniz, bəyəndiyiniz məhsulları sərfəli qiymətlərlə əldə edib üstəlik ƏDV vergisini də geri almaq istəyirsinizsə Baku Şopinq Festivalı boyu iştirakçı mağazalarda alış-veriş etməyə tələsin!

Hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.

Xəbər lenti

Xəbər lenti