...

Biznesinizi "Expressbank"la irəli aparın

İqtisadiyyat Materials 28 Aprel 2017 12:51 (UTC +04:00)
"Expressbank" ticarət/xidmət müəssisəsini dünya standartlarına uyğunlaşdırmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar üçün ekvayrinq xidmətini təklif edir.
Biznesinizi "Expressbank"la irəli aparın

Bakı. Trend:

"Expressbank" ticarət/xidmət müəssisəsini dünya standartlarına uyğunlaşdırmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar üçün ekvayrinq xidmətini təklif edir.

Bankdan Trend-ə verilən məlumata görə, POS-terminalların quraşdırılmasını təmin edən bu xidmət vasitəsi ilə sahibkarlar öz obyektlərini dünya standartlarına daha bir addım yaxınlaşdıracaq, müştəriləri üçün daha əlverişli ödəniş imkanları təqdim etmiş olacaqlar. Nağdsız ödənişlərə üstünlük verən müştərilər "Expressbank"ın ekvayrinq xidməti sayəsində dünyanın istənilən ölkəsinin beynəlxalq plastik kartları vasitəsi ilə bütün alış-veriş və xidmət müəssisələrində POS-terminallardan istifadə edə bilərlər.

Ekvayrinq xidmətinin qoşulması üçün "Expressbank"ın istənilən filialına yaxınlaşmaqla müvafiq müqaviləni imzalamaq kifayətdir. Müəssisədə lazımlı avadanlıq (POS – terminallar) quraşdırıldıqdan sonra "Expressbank" əməkdaşları müştərinin işçi kollektivi üçün təlim keçirir və reklam materialları ilə təmin edir.

Reklam materialların verilməsi, əməkdaşlara pulsuz təlimlərin keçirilməsi, xidmətə görə optimal komissiya, qısa müddət ərzində pul vəsaitlərinin bank hesabına mədaxil edilməsi, əməliyyatlar zamanı çətinliklər yaranarsa operativ konsultasiyaların verilməsi və bu kimi üstünlüklər Expressbank-ın ekvayrinq xidmətini hər kəs üçün cəlbedici edir.

"Expressbank"ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək,www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti