...

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı sürtkü materiallarının açıq müsabiqə ilə satınalınmasını elan edir

İqtisadiyyat Materials 10 May 2017 15:17 (UTC +04:00)
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC sürtkü materiallarının (mühərrik yağları və s.) açıq müsabiqə üsulu ilə satınalınmasını elan edir
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı sürtkü materiallarının açıq müsabiqə ilə satınalınmasını elan edir

Bakı. Trend:

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC sürtkü materiallarının (mühərrik yağları və s.) açıq müsabiqə üsulu ilə satınalınmasını elan edir:

Qurumdan Trend-ə verilən məlumata görə, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC üçün sürtkü materiallarının (mühərrik yağları və s.) alınması ilə bağlı 31.03.2017-ci il tarixdə elan edilmiş açıq müsabiqənin müddəti uzadılıb. Satınalma üzrə ilkin sənədlər 16.05.2017-ci il saat 17:00-dək, təklif zərflərinin isə 18.05.2017-ci il saat 17:00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Zərflərin açılışı 19 may 2017-cı il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər.

Əlaqələndirici şəxs: Hacıyeva Aytəkin Əvəz qızı, tel: (012) 498-91-84

Məqalədə:
Xəbər lenti

Xəbər lenti