...

ARDNF-nin Fransada investisiya imkanları müzakirə olunub

İqtisadiyyat Materials 12 May 2017 13:39 (UTC +04:00)
ARDNF-in İcraçı direktoru Şahmar Mövsümov ilə Fransanın “Credit Agricole Corporate & Investment” bankının baş direktorunun müavini Reji Monfronun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
ARDNF-nin Fransada investisiya imkanları müzakirə olunub

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə Fransanın “Credit Agricole Corporate & Investment” bankının baş direktorunun müavini Reji Monfronun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, Ş.Mövsümov qonaqlara ARDNF-nin fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi və investisiya fəaliyyəti, “Cənub Qaz Dəhlizi” layihəsi, Azərbaycanın hasilat sənayesində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə məlumat verib.

Görüşdə ARDNF-nin Fransadakı mövcud investisiyaları və gələcək investisiya imkanları, “Credit Agricole Corporate & Investment” bankı ilə əməkdaşlıq perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti Fondun muzeyi ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti