...

Xalq Bankla Nyu-Yorka aviabilet qazanın

İqtisadiyyat Materials 12 May 2017 15:26 (UTC +04:00)
Daim müştəriləri üçün yeni imkanlar yaradan Xalq Bank bu dəfə Azərbaycanda plastik kartdan istifadə edən hər bir kəs üçün xüsusi imtiyazlar təklif edir.
Xalq Bankla Nyu-Yorka aviabilet qazanın

Bakı. Trend:

Daim müştəriləri üçün yeni imkanlar yaradan Xalq Bank bu dəfə Azərbaycanda plastik kartdan istifadə edən hər bir kəs üçün xüsusi imtiyazlar təklif edir.

Bankdan Trend-ə verilən məlumata görə, Xalq Bankda cari il may ayının 1-dən dekabrın 31-dək seçilmiş bank əməliyyatları yerinə yetirən müştərilər, eləcə də Bankın tərəfdaş ticarət məntəqələrində Xalq Bank POS-terminalları vasitəsi ilə ödəniş edən hər kəs Nyu-Yorka aviabilet qazanmaq şansı əldə edir.

Müştərilərimiz filiallarımızda təcili pul köçürmələri, kommunal və digər ödənişlər, depozit seyfləri, fərdi bank hesabları üzrə əməliyyatlara görə, eləcə də, emitent bankdan asılı olmayaraq, tərəfdaş ticarət məntəqələrində Xalq Bankın POS-terminalları ilə ödəniş edən bütün kart sahibləri Bakcell mobil nömrələrinə 40 dəqiqəyədək danışıq balansı və aksiya xalları qazanacaqlar. Ay ərzində toplanan xalların sayına görə on lider müştəri dəyərli hədiyyələrə sahib olacaqlar. Dörd ayın nəticəsinə görə ən çox xal qazanan müştəri Bakı-Nyu-York-Bakı aviabileti qazanır. İştirakçı XAL sözünü 5555 qısa nömrəsinə göndərdikdə aksiya xalları haqda məlumatın qeyd olunduğu sms ala bilər. SMS-xidmət pulsuzdur.

Aksiyaya texniki dəstək Bakcell Ulduzum proqramı tərəfindən, turizm dəstəyi Qatar Airways şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən təmin edilir.

Aksiya haqda daha ətraflı məlumatı və tərəfdaş ticarət məntəqələrinin siyahısını www.xalqbank.az/aksiya internet səhifəsindən və ya 138 Məlumat Mərkəzindən əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti