...

DGK: Azərbaycandan Rusiyaya pomidor ixracında problem yoxdur

İqtisadiyyat Materials 20 May 2017 13:27 (UTC +04:00)
Azərbaycandan Rusiyaya pomidor ixrac edilməsində problem yoxdur.
DGK: Azərbaycandan Rusiyaya pomidor ixracında problem yoxdur

Bakı. Trend:

Azərbaycandan Rusiyaya pomidor ixrac edilməsində problem yoxdur.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Məlumatda bildirilir ki, Azərbaycandan Rusiya Federasiyasına pomidor daşıyan yük nəqliyyat vasitələrinin beynəlxalq yükdaşımalara dair norma və qaydalara riayət etmələrinə ciddi nəzarət olunur. Qeyd olunur ki, Rusiya Federasiyasına pomidor aparan avtomobillərin sərhədkeçmə prosesində hər hansı problem yoxdur.

DGK bildirir ki, son 2 gün ərzində şimal sərhədimizdən Rusiya Federasiyasına 85 yük avtomobili və 49 vaqon pomidor məhsulu heç bir maneə olmadan ixrac edilib. İki ölkənin qarşlıqlı gömrük-keçid məntəqələrində yaranan hər hansı problem gömrük xidmətləri rəhbərləri arasında aparılan danışıqlar vasitəsilə operativ şəkildə öz həllini tapır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti