...

Bakıda ilk dəfə "Ulduz Premium Chocolate" butiki açılıb (FOTO)

İqtisadiyyat Materials 20 İyun 2017 10:41 (UTC +04:00)
Ulduz şokolad fabriki Bakının Neftçılər prospekti, 91 ünvanında (Qız qalasının yaxınlığında) ilk “Ulduz Premium Chocolate” butikini açıb.
Bakıda ilk dəfə "Ulduz Premium Chocolate" butiki açılıb (FOTO)

Bakı. Trend:

Ulduz şokolad fabriki Bakının Neftçılər prospekti, 91 ünvanında (Qız qalasının yaxınlığında) ilk “Ulduz Premium Chocolate” butikini açıb.

Veysəloğlu Şirkətlər Qrupundan Trend-ə verilən məlumata görə, fabrik dünya şokolad tarixində ilk dəfə olaraq ənənəvi dadlar ilə yanaşı, milli dad olan kəklikotulu və darçınlı şokoladlar da satışa çıxarıb.

Respublikada həyata keçirilən beynəlxalq tədbirləri və gələn çoxsaylı qonaqları, o cümlədən turistləri nəzərə alaraq, fabrik şokolad məhsullarının üst dizaynında və qablaşdırılmasında da çalışıb ki, Azərbaycanın milli ornamentlərini, tarixi abidələrini əks etdirsin.

Yeni istifadəyə verilən butik paytaxt sakinləri ilə yanaşı, şəhərimizin çoxsaylı qonaqları üçün yeni dad olan məhsullarını müştərilərin seçiminə uyğun olaraq qablaşdıraraq “Made in Azerbaijan” brendi ilə təqdim edəcək.

Qeyd edək ki, 2001-ci ildən fəaliyyət göstərən “Ulduz” şokolad fabriki yerli bazarla yanaşı, dünyanın 20-dən artıq ölkəsinə şokolad məhsulları ixrac edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti