...

Palata: Xarici kreditlər üzrə ödənişlər müqavilə şərtlərinə uyğunlaşdırılmalıdır

İqtisadiyyat Materials 3 İyul 2017 15:56 (UTC +04:00)
Xarici kreditlər üzrə layihələrin maliyyələşdirilməsi ilə bağlı ödənişlərin müqavilə şərtlərinə uyğunlaşdırılması vacibdir.
Palata: Xarici kreditlər üzrə ödənişlər müqavilə şərtlərinə uyğunlaşdırılmalıdır

Bakı. Trend:

Xarici kreditlər üzrə layihələrin maliyyələşdirilməsi ilə bağlı ödənişlərin müqavilə şərtlərinə uyğunlaşdırılması vacibdir.

Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” qanun layihəsinə verdiyi rəydə bildirilib.

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsində nəzərdə tutulmuş dəyişikliklərin bir istiqaməti xarici kreditlər üzrə Azərbaycan tərəfinin iştirak payı ilə bağlı olub.

Hesablama Palatasının Qanun layihəsi ilə bağlı təqdim etdiyi rəyə əsasən, 2017-ci ilin dövlət büdcəsinin ilkin təsdiq edilmiş xərclərində 5 layihə üzrə təsdiq edilmiş 144,1 mln. manat məbləğində vəsaitin məbləği 167,0 mln. manat artırılmış, ilkin nəzərdə tutulmamış 1 layihə üzrə 3,0 mln. manat məbləğində vəsaitin ayrılması təklif edilib. Beləliklə, xarici kreditlər üzrə Azərbaycan tərəfinin iştirak payının cəmi 170,0 mln. manat məbləğində artırılması nəzərdə tutulub.

Hesablama Palatası rəyində həyata keçirdiyi nəzarət tədbirləri və təhlillərə əsaslanaraq xarici kreditlər üzrə Azərbaycan tərəfinin iştirak payının maliyyələşdirilməsi ilə bağlı ödənişlərin müqavilə şərtlərinə uyğunlaşdırılmasını məqsədəmüvafiq hesab edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti