...

Hesablama Palatası: Özəlləşdirmədən daxilolmaların icrasının aşağı olması ehtimalı var

İqtisadiyyat Materials 3 İyul 2017 15:59 (UTC +04:00)
Özəlləşdirmədən daxilolmaların icra səviyyəsinin aşağı olması ehtimalı var.
Hesablama Palatası: Özəlləşdirmədən daxilolmaların icrasının aşağı olması ehtimalı var

Bakı. Trend:

"Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsində dövlət büdcəsinin kəsirinin özəlləşdirmədən daxilolmalar, xarici qrantlar və digər mənbələr hesabına (daxili və xarici borclanma, dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) maliyyələşdirilməsi nəzərdə tutulub.

Trend-in məlumatına görə, qanun layihəsinə Hesablama Palatasının verdiyi rəydə özəlləşdirmədən daxilolmalar üzrə proqnoz göstəricinin yerinə yetirilməsi ehtimalının aşağı olduğunu qeyd edilib.

Palata 2017-ci ilin 5 ayı üzrə bu mənbə üzrə daxilolmaların cari ilin 200,0 mln. manat məbləğində müvafiq büdcə tapşırığına nisbətən 50,0 mln. manat təşkil etməsi göstərib. Bu isə, yanvar-may aylarında illik proqnozun cəmi 25,0%-ə bərabərdir.

Ümumiyyətlə, Hesablama Palatasının 2016-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı təqdim etdiyi rəydə də özəlləşdirmədən daxilolmaların icra səviyyəsinin aşağı olduğu vurğulanıb. Rəydə 2016-cı il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri kimi özəlləşdirmədən daxilolmalar üzrə 100000,0 min manat məbləğində nəzərdə tutulduğu, ilin sonuna isə bu mənbədən dövlət büdcəsinə 68768,4 min manat və ya 3,2 dəfə az olmaqla 31231,6 min manat məbləğində vəsaitin daxil olduğu göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti