...

Bugünkü hərracda potensial gəlir mənbəyi olan müəssisələr özəlləşdirilib (FOTO)

İqtisadiyyat Materials 4 İyul 2017 12:46 (UTC +04:00)
Bu gün keçirilən hərracda potensial gəlir mənbəyi olan müəssisələr özəlləşdirilib.
Bugünkü hərracda potensial gəlir mənbəyi olan müəssisələr özəlləşdirilib (FOTO)

Bakı. Trend:

Bu gün keçirilən hərracda potensial gəlir mənbəyi olan müəssisələr özəlləşdirilib.

Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bu günkü hərracda 5 kiçik dövlət müəssisəsi, 14 istifadəsiz qeyri-yaşayış sahəsi, 5 nəqliyyat vasitəsi özəlləşdirilib. Bakı şəhəri üzrə 11 istifadəsiz qeyri yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsi, 4 istifadəsiz qeyri yaşayış sahəsi özəlləşdirilib.

Özəlləşdirilən kiçik dövlət müəssisəsi tikinti, ticarət, təmir, sahəsinə aid olub. Həmin əmlaklar müvafiq olaraq Ağsuda, Şirvanda, Zaqatalada və Balakəndə yerləşir. Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Belə obyektlərə Zaqatala Barama Toxuma zavodunu, Balakəndəki 33 saylı sex kimi kiçik dövlət müəssisəsini nümunə kimi göstərmək olar. Qeyd edilməlidir ki, Zaqatala Barama Toxuma zavodunun torpaq sahəsi 18 min 350 kv.m, ümumi faydalı sahəsi isə 3881 kv.m dir. Balakəndə 33 saylı sexin torpaq sahəsi isə 2803 kv.m, ümumi faydalı sahəsi 403 kv.m-dir. Özəlləşdirilən əmlakların sahəsi 71 kv.m ilə 3881 kv.m arasında dəyişir.

Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Astara rayonunda yerləşən sahəsi 126 kv.m olan qeyri-yaşayış sahəsidir. Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

Xatırladaq ki, artıq hərraclarda online qaydada da iştirak etmək mümkündür. Hal-hazırda nəqliyyat vasitələrinin və avadanlıqların elektron hərracı keçirilir. Bügünkü hərracda elektron qaydada nəqliyyat vasitələrinin hərracı rəqabətli şəraitdə keçirilib. Elektron hərracın vasitəsilə online olaraq 1 avtomobil özəlləşdirilib.

Hərrac zamanı səhmdar cəmiyyətlərin səhm paketləri də özəlləşdirilir. Səhmdar cəmiyyətlərin sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır.

Zaqatalada yerləşən Barama Toxuma Zavodu kimi əmlakların özələşdirilməsi və yenidən fəaliyyətə cəlb edilməsi həm kənd təsərrüfatı həm də yüngül sənayenin inkişafına töhfə verir. Bu isə daxili geyim təlabatının ödənilməsinə, xarici bazarlardan asılılığımız aradan qalxamasına səbəb olur. Eyni zamanda bu, ixrac potensialının artırılması ilə kapital axınına imkan yaradır.

Növbəti hərrac 11 iyulda keçiriləcək. Hərraca ümumilikdə 206 əmlak çıxarılacaq. Bunun 20-si səhmdar cəmiyyət, 85-i kiçik dövlət müəssisə və obyekti, 100-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i isə yarımçıq tikilidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti