...

Azərbaycan tütün məmulatları vergisinin artırılması ilə bağlı beynəlxalq təcrübəni dəyərləndiriləcək

İqtisadiyyat Materials 7 İyul 2017 18:23 (UTC +04:00)
Bu gün Baş nazirin müavini Əli Əhmədov Azərbaycanda səfərdə olan Dünya Bankının ekspertləri ilə görüşüb.
Azərbaycan tütün məmulatları vergisinin artırılması ilə bağlı beynəlxalq təcrübəni dəyərləndiriləcək

Bakı. Trend:

Bu gün Baş nazirin müavini Əli Əhmədov Azərbaycanda səfərdə olan Dünya Bankının ekspertləri ilə görüşüb.

Trend-in məlumatına görə, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Naveed Hassan Naqvi bildirib ki, ekspertlərin Azərbaycana səfərinin məqsədi dövlət rəsmiləri ilə tütün məmulatlarının aksız vergisinin artırılması məsələlərini müzakirə etməkdir.

Dünya Bankının Tütünə nəzarət üzrə qlobal proqramının koordinatoru Patricio V.Marquez və digər ekspertlər bir çox ölkələrdə tütün məmulatları vergisinin artırılmasının həm dövlət, həm də istehlakçılara fayda verdiyini qeyd edərək, bunun yüksək gəlirlərə və səhiyyə üzrə müsbət nəticələrə yol açdığını bildirib.

Ə.Əhmədov bu təşəbbüsün qonşu ölkələrin təcrübələrini və beynəlxalq təcrübəni nəzərə almaqla dəyərləndiriləcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti