...

I yarımillikdə dövlət büdcəsinin icrası haqqında rəsmi açıqlama

İqtisadiyyat Materials 14 İyul 2017 19:34 (UTC +04:00)
2017-ci ilin altı ayında dövlət büdcəsinin mədaxili 7722,8 mln. manat, xərcləri 8193,9 mln. manat olub, 471,1 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.
I yarımillikdə dövlət büdcəsinin icrası haqqında rəsmi açıqlama

Bakı. Trend:

2017-ci ilin altı ayında dövlət büdcəsinin mədaxili 7722,8 mln. manat, xərcləri 8193,9 mln. manat olub, 471,1 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.

Trend-in məlumatılna görə, bu barədə Maliyyə Nazirliyinin 2017-ci ilin altı ayı üzrə dövlət büdcəsinin icrasına dair məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, 2017-ci ilin altı ayında dövlət büdcəsinin mədaxili proqnoza nisbətən 102,3 faiz və yaxud 7722,8 mln. manat icra olunmuşdur ki, bu da 2016-cı ilin eyni dövrünə nisbətən 25,9 faiz və ya 1589,0 mln. manat çoxdur.

Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 102,5 faiz icra edilməklə dövlət büdcəsinə 3353,0 mln. manat vəsait təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz və ya 162,9 mln. manat çoxdur. Həmin vəsaitin 71,7 faizi və ya 2404,4 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.

2017-ci ilin altı ayında Dövlət Gömrük Komitəsi proqnoza 111,9 faiz əməl edərək dövlət büdcəsinə 1169,2 mln. manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz və yaxud 173,8 mln. manat çoxdur. Azərbaycan Respublikası Dövlət Neft Fondundan büdcəyə nəzərdə tutulan transfertdən 59,0 mln. manat az və ya 2991,0 mln. manat istifadə edilib.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 151,0 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 18,6 faiz və yaxud 23,7 mln. manat çoxdur. Sair daxilolmalar üzrə büdcəyə 58,6 mln. manat vəsait daxil olub.

2017-ci ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxili 4131,1 mln. manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 68,3 faiz və ya 1675,8 mln. manat çoxdur.

2017-ci ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,2 faiz və yaxud 8193,9 mln. manat icra olunub ki, bu da 2016-cı ilin eyni dövrünə nisbətən 20,1 faiz və ya 1372,4 mln. manat çoxdur. İqtisadi təsnifata uyğun olaraq cari ilin altı ayında dövlət büdcəsi xərclərinin 42,7 faizi və yaxud 3499,9 mln. manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,3 faiz və yaxud 541,4 mln. manat çoxdur.

Cari ilin altl ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 397,8 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 1180,8 mln. manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 41,5 mln. manat vəsait yönəldilib.

2017-ci ilin altı ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib. Cari ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri 4281,2 mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,0 faiz və ya 83,1 mln. manat çoxdur.

2017-ci ilin altı ayında dövlət büdcəsində 471,1 mln. manat büdcə kəsiri (defisit) yaranıb. Dövlət büdcəsinin kəsiri əsasən 2017-ci il 1 yanvar tarixə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı və özəlləşdirmədən daxilolmalar hesabına örtülüb. Cari ilin altı ayında icmal büdcənin gəlirləri 11606,1 mln. manat, icmal büdcənin xərcləri isə 11507,1 mln. manat icra olunub. İcmal büdcənin artıqlığı 99,0 mln. manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti