...

"Atəşgah"dan yeni sərfəli təklif

İqtisadiyyat Materials 18 İyul 2017 15:26 (UTC +04:00)
“Atəşgah” Sığorta Şirkəti (SŞ) müştərilərinə yeni “Arxayın səyahət” sığorta paketini təklif edir.
"Atəşgah"dan yeni sərfəli təklif

Bakı. Trend:

“Atəşgah” Sığorta Şirkəti (SŞ) müştərilərinə yeni “Arxayın səyahət” sığorta paketini təklif edir. İndi xaricə səfər edənlər üçün nəzərdə tutulmuş mövcud məhsula iki əlavə sığorta xidməti də daxil edilib. Bu əmlak və avtomobilin kasko sığortasıdır.

Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Cəmi 5 AZN dəyərində olan bu məhsullardan yalnız “Atəşgah” SŞ-dən səyahət sığortası əldə etmiş müştərilər yararlana bilər. Bu sığorta məhsulu üzrə “Əmlak sığortası” xidməti üzrə təminat 5000 AZN, kasko üzrə 3000 AZN təşkil edir.

Qeyd edək ki, hər iki xidmət üzrə əmlaka və ya avtomobilə baxış keçirməyə ehtiyac yoxdur.

Əlavə sığorta xidmətləri yalnız "Atəşgah" Sığorta Şirkətinin Səfər sığortası şəhadətnaməsi bağlandığı zaman etibarlıdır.

Bundan əlavə, yay mövsümü ilə əlaqədar tətil, eləcə də ezamiyyətə hazırlaşanlar indi səyahət sığortasını endirimlə əldə edə bilər. Səyahət sığortasını www.ateshgah.com saytı vasitəsilə əldə etmiş hər bir müştəri ödədiyi məbləğdən asılı olmayaraq, elə həmin anda 30% endirimdən yararlanacaq.

Bu gün xaricə gedənlərin sığorta polisi (travel insurance) daha da aktuallaşmaqdadır. Bu cür sığorta şəhadətnaməsinin əldə edilməsi sığorta olunan şəxsə xarici ölkələrdə olarkən təcili və təxirəsalınmaz tibbi xidmətlərə zərurət yarandığı zaman lazımi maliyyə müdafiəsinə təminat verir.

QEYD: “Atəşgah” Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilmişdir. 2016-cı ilin nəticələrinə görə ümumilikdə “Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ -nin sığorta haqları 76,6 mln. AZN, ödənişləri isə 43,3 mln. AZN təşkil edib. Şirkətlər müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti