...

"Azərbaycan Dəmir Yolları"nda Avstriya nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)

İqtisadiyyat Materials 18 İyul 2017 17:52 (UTC +04:00)
“Azərbaycan Dəmir Yolları” QSC-də avstriyalı nazirin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
"Azərbaycan Dəmir Yolları"nda Avstriya nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) Avstriyanın federal ailə və gənclər naziri xanım Sofi Karmasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılmasında mühüm rol oynayacaq Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb, Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin icra vəziyyəti, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

C.Qurbanov bildirib ki, digər marşrutlarla yanaşı, Azərbaycanın təşəbbüsü ilə meydana gələn “Cənub-Qərb“ layihəsi gələcəkdə Asiyadan yüklərin Avropaya daşınmasında ən qısa, sərfəli və səmərəli marşruta çevriləcək. Azərbaycanın və Avstriyanın əlverişli coğrafi mövqeyi və eləcə də tranzit imkanlarından yararlanaraq, Çin və Hindistandan yüklərin Avropaya çatdırılması üçün dəmir yolu şəbəkəsinin inkişaf etdirilməsində iki ölkənin müvafiq qurumları arasında geniş əməkdaşlıq imkanları mövcuddur.

Sonra ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

Avstiyanın federal ailə və gənclər naziri S.Karmas Azərbaycanda həyata keçirilən islahatlardan məmnun qaldığını bildirib.

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti