...

Barama istehsalçılarına subsidiyanın ödənilməsinə başlanılıb

İqtisadiyyat Materials 21 İyul 2017 17:37 (UTC +04:00)
Respublika Komissiyasının iclası keçirilib.
Barama istehsalçılarına subsidiyanın ödənilməsinə başlanılıb

Bakı. Trend:

Barama istehsalçılarına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 5 (beş) manat məbləğində subsidiya verilir.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq Respublika Komissiyasının iclası keçirilib.

Komissiyanın iclasında barama istehsalçılarına subsidiyanın verilməsi ilə əlaqədar 9 rayon (şəhər) kənd təsərrüfatı idarəsinin təqdim etdiyi sənədlərə baxılmış və 488 barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri 47 944,51 kq yaş baramanın hər kiloqramına görə 5 (beş) manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 239 722,55 manat məbləğində subsidiyanın verilməsinə dair qərar qəbul edilib.

Digər rayonlardan sənədlər Respublika Komissiyasına təqdim edildikdən sonra barama istehsalçılarına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri yaş baramanın miqdarına görə subsidiyanın verilməsi məsələsinə komissiyanın iclasında qısa müddətdə baxılacaq.

Barama istehsalçılarına subsidiyanın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) kənd təsərrüfatı idarələrinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti