...

AMEA İnstitutunun fəaliyyətinin nəticələri illik hesabatlarda düzgün əks etdirilməyib

İqtisadiyyat Materials 24 İyul 2017 14:21 (UTC +04:00)
Hesablama Palatasının Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun 2015-2016-cı illərdə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirdiyi audit zamanı bir sıra nöqsanlara yol verildiyi aşkarlanıb.
AMEA İnstitutunun fəaliyyətinin nəticələri illik hesabatlarda düzgün əks etdirilməyib

Bakı. İlhamə İsabalayeva – Trend:

Hesablama Palatasının Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun 2015-2016-cı illərdə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirdiyi audit zamanı bir sıra nöqsanlara yol verildiyi aşkarlanıb.

Palatadan Trend-ə verilən məlumata görə, İnstitut tərəfindən dövlət qurumları və strukturları, müxtəlif idarə, təşkilat, müəssisə və şirkətlər üçün yüksək dizayna və keyfiyyətə malik veb saytlar hazırlanmasına baxmayaraq, AMEA-nın müxtəlif elm bölmələrinin və onun strukturuna daxil olan elmi müəssisə və təşkilatların veb saytlarının yaradılması üçün müxtəlif təşkilatlara vəsait ödənilməklə səmərəsiz xərcə yol verilib.

2016-cı ilin aprel-noyabr ayları ərzində alınmış 1 illik lisenziyalı proqram təminatından 43 %-i istifadə edilməyib, satınalma müqaviləsində nəzərdə tutulmuş malların markası dəyişdirilməklə alınması hesabına artıq xərcə yol verilib. 2013-2014-cü illərdə alınmış informasiya telekommunikasiya avadanlıqları indiyədək istifadə edilməyərək saxlanılıb.

İnformasiya Texnologiyaları İnstitutunun mühasibatlığı tərəfindən audit olunan dövr ərzində maliyyə hesabatları bəzi hallarda uçotun təşkili və aparılmasına dair təlimatın tələblərinə uyğun tərtib edilməyib, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri illik maliyyə hesabatlarında düzgün əks etdirilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti