...

"Final" yağlarının qablaşdırılması yeniləndi (FOTO)

İqtisadiyyat Materials 26 İyul 2017 14:44 (UTC +04:00)
Daim yüksək keyfiyyətli məhsulları və yenilikləri ilə gündəmdə olan “Azərsun Holdinq” tərəfindən istehsal olunan “Final” yağlarının qablaşdırılması yenilənib.
"Final" yağlarının qablaşdırılması yeniləndi (FOTO)

Bakı. Trend:

Daim yüksək keyfiyyətli məhsulları və yenilikləri ilə gündəmdə olan “Azərsun Holdinq” tərəfindən istehsal olunan “Final” yağlarının qablaşdırılması yenilənib.

“Azərsun Holdinq”dən Trend-ə verilən məlumata görə, müasir bazarın tələblərinə uyğun hazırlanan və daha cəlbedici görünən yeni qablaşdırma istehlakçılar tərəfindən ilk günlərdən yüksək qiymətləndirilib. Bu yenilyi istehlakçılarına Azərbaycanda ilk dəfə çəkilmiş 3D formatlı reklam filmi ilə çatdırılıb. Hazırlanan video çarxda həm qrafikadan, yəni xüsusi vizual effektlərdən, həm də normal videoçəkilişlərdən istifadə olunub.

Üzərində 50 nəfərdən artıq mütəxəssisin çalışdığı “Final” yağlarının reklam çarxı xüsusi kamera ilə çəkilib və bu işə 2 aya yaxın vaxt sərf edilib. Qeyd edək ki, istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanan “Final” ölkəmizin ilk milli qida markasıdır və artıq 27 ildir ki, satışı həyata keçirilir.

Marka nümayəndələrinin bildirdiyinə görə, qablaşdırılması dəyişdirilən məhsulun keyfiyyəti əvvəlki kimi yüksək səviyyədə olacaq. Keyfiyyətinə nəzarət ən yüksək səviyyədə təmin edilən “Final”ın yeni sloqanı da bunu təsdiq edir: “Yeni qabda, eyni dadda”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti