...

Visa İnernational "Xalq Bank"ı mükafatlandırıb

İqtisadiyyat Materials 28 İyul 2017 12:36 (UTC +04:00)
Visa İnernational "Xalq Bank"ı mükafatlandırıb.
Visa İnernational "Xalq Bank"ı mükafatlandırıb

Bakı. Trend:

"Xalq Bank" 2017-ci ilin birinci rübü ərzində Visa kartları üzrə orta əməliyyat məbləğində ən yüksək artıma nail olduğuna görə, Visa İnternational beynəlxalq ödəniş sistemi tərəfindən sertifikatla təltif edilib.

Bankdan Trend-ə verilən məlumata görə, "Xalq Bank" 2017-ci ildən Visa International beynəlxalq ödəniş sisteminin prinsipial üzvüdür. Bank və Visa ödəniş sistemi 2009-cu ildən əməkdaşlıq edirlər.

"Xalq Bank" hazırda Visa Electron, Visa Gold, Visa Classic, Visa Platinum, Visa Business və internetdə ödənişlər etmək üçün nəzərdə tutulan Visa Virtuon kartlarını buraxır. Kartları Bankın istənilən filialında pulsuz əldə etmək olar. Visa kart əməliyyatlarının təhlükəsizliyi ən müasir güvənlik sistemləri ilə təmin edilir.

"Xalq Bank"ın kartları haqda ətraflı məlumatı www.xalqbank.az saytında və ya 138 Məlumat Mərkəzinə zəng edib əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti