...

Azərbaycan Beynəlxalq Bankından "Yaşa görə güzəşt" kampaniyası

İqtisadiyyat Materials 31 İyul 2017 10:55 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı maraqlı bir kampaniyaya start verir.
Azərbaycan Beynəlxalq Bankından "Yaşa görə güzəşt" kampaniyası

Bakı. Trend:

Daim öz müştərilərinin qayğısına qalan Azərbaycan Beynəlxalq Bankı maraqlı bir kampaniyaya start verir.

Bankdan Trend-ə verilən məlumata görə, “Yaşa görə güzəşt” şüarı altında keçirilən kampaniya çərçivəsində bankdan nağd pul krediti əldə edən müştərilər yaşlarından asılı olaraq həm kreditin ödəniş müddətində, həm də illik faiz dərəcəsində güzəştlər qazanacaqlar. Yəni, müştərilər krediti indi alıb, əsas borcu güzəşt müddətindən sonra ödəməyə başlayacaqlar.

Yaşa görə güzəştlər ümumən aşağıdakı formada olacaq:

-18-44 yaş aralığında olan müştərilər üçün ödəniş müddətində 1 ay güzəşt + 1% endirim

- 45 və yuxarı yaş qrupuna aid olan müştərilər üçün ödəniş müddətində 2 ay güzəşt + 2% endirim

Kampaniya 1 avqust – 15 avqust müddətində keçərlidir. Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının maaş və pensiya kartı sahibləri bankın bütün filiallarından əldə edə bilər. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Kreditin illik faiz dərəcəsi 25%-dən başlanır. Kredit rəsmiləşdirilən zaman müştəri Avtoödəmə sisteminə qoşulmaqla aylıq ödənişləri banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.

Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının digər məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin www.facebook.com/azerbaycanbeynelxalqbanki/ rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti