...

Barama istehsalçılarına yarım milyon manata yaxın subsidiya veriləcək

İqtisadiyyat Materials 31 İyul 2017 15:37 (UTC +04:00)
Barama istehsalçılarına subsidiyanın verilməsi məqsədi Respublika Komissiyasının növbəti iclası keçirilib.
Barama istehsalçılarına yarım milyon manata yaxın subsidiya veriləcək

Bakı. Trend:

Barama istehsalçılarına subsidiyanın verilməsi məqsədi Respublika Komissiyasının növbəti iclası keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda barama istehsalçılarına subsidiyanın verilməsi ilə əlaqədar sənədlərə baxılıb və 898 barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri 85559,11 kq yaş baramanın hər kiloqramına görə 5 (beş) manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 427795,55 manat məbləğində subsidiyanın verilməsinə dair qərar qəbul edilib.

Barama istehsalçılarına subsidiyanın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) kənd təsərrüfatı idarələrinə və rayon komissiyasına göndərilib.

Respublika Komissiyasının keçirilən iclaslarında ümumilikdə 21 rayon (şəhər) üzrə 1386 istehsalçıya 133503,62 kq yaş baramanın miqdarına görə dövlət büdcəsinin vəsaiti hesabına 667518,10 manat məbləğində subsidiyanın verilməsinə dair qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti