...

Barama istehsalçılarına yarım milyon manatdan artıq subsidiya veriləcək

İqtisadiyyat Materials 9 Avqust 2017 20:22 (UTC +04:00)
Barama istehsalçılarına subsidiyanın verilməsi məqsədi ilə Respublika Komissiyasının yekun iclası keçirilib.
Barama istehsalçılarına yarım milyon manatdan artıq subsidiya veriləcək

Bakı. Trend:

Barama istehsalçılarına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 5 (beş) manat məbləğində subsidiyanın verilməsi məqsədi ilə Respublika Komissiyasının yekun iclası keçirilib.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Trend-ə verilən məlumata görə, komissiyanın həmin iclasında barama istehsalçılarına subsidiyanın verilməsi ilə əlaqədar 10 rayon (şəhər) kənd təsərrüfatı idarəsinin təqdim etdiyi sənədlərə baxılmış və 1035 barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri 106307,16 kq yaş baramanın hər kiloqramına görə 5 (beş) manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 531535,80 manat məbləğində subsidiyanın verilməsinə dair qərar qəbul edilib.

Barama istehsalçılarına subsidiyanın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) kənd təsərrüfatı idarələrinə göndərilib.

Respublika Komissiyası tərəfindən 2017-ci ildə ölkə üzrə ümümilikdə 2421 barama istehsalçısına 239790,78 kq yaş baramanın miqdarına görə dövlət büdcəsinin vəsaiti hesabına 1198953,90 manat məbləğində subsidiyanın verilməsinə dair qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti