...

Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərracı keçirib (FOTO)

İqtisadiyyat Materials 29 Avqust 2017 12:05 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi bu gün növbəti dəfə hərrac keçirib.
Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərracı keçirib (FOTO)

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi bu gün növbəti dəfə hərrac keçirib.

Komitədən Trend-ə verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 1-i kiçik dövlət müəssisəsi, 10-u istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i isə nəqliyyat vasitəsidir. Özəlləşdirilən əmlakların hamısı Bakıda yerləşir.

Hərracda qeyri-yaşayış sahələri içərisində ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Yasamal rayonunda yerləşən əmlak olub. Həmin əmlakın ümumi faydalı sahəsi 20 kv.m təşkil edir. Ən ucuz qiymətə özəlləşdirilən əmlak isə paytaxtın Suraxanı rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 17 kv.m dir. Budəfəki hərrac da özəlləşdirilən belə əmlakların ümumi faydalı sahəsi 10,7 kv.m ilə 70 kv.m arasında dəyişib.

Özəlləşdirilən nəqliyyat vasitəsi isə Kamaz markalı avtomobildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti