...

"Ulduz" Şokolad Fabriki "WORLD FOOD- 2017" Dünya Qida Sərgisində ölkəmizi yeni məhsullarla təmsil edir (FOTO)

İqtisadiyyat Materials 13 Sentyabr 2017 14:28 (UTC +04:00)
Ulduz Şokolad Fabriki Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində təşkil olunmuş “WORLD FOOD 2017” Dünya Qida Sərgisində iştirak edir.
"Ulduz" Şokolad Fabriki "WORLD FOOD- 2017" Dünya Qida Sərgisində ölkəmizi yeni məhsullarla təmsil edir (FOTO)

Bakı. Trend:

"Ulduz" Şokolad Fabriki Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində təşkil olunmuş “WORLD FOOD 2017” Dünya Qida Sərgisində iştirak edir.

Veysəloğlu Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, sentyabrın 14-nə qədər davam edəcək “WORLD FOOD 2017” Dünya Qida Sərgisinə ümumilikdə dünyanın 64 ölkəsindən 1500 şirkət qatılıb.

Fabrikin direktoru Mahir Balasıyev bildirib ki, fabrikin təqdim etdiyi beynəlxalq standartlara cavab verən 80-dən çox yüksək keyfiyyətli və rəqabətqabiliyyətli yeni çeşidli məhsulları sərgi iştirakçılarının böyük marağına səbəb olub.

Qeyd edək ki, 2001-ci ildən fəaliyyət göstərən “Ulduz” Şokolad Fabriki yerli bazarla yanaşı, dünyanın 20-dən artıq ölkəsinə şokolad məhsulları ixrac edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti