...

AsstrA logistika sahəsində şəxsi ekpertiniz

İqtisadiyyat Materials 15 Sentyabr 2017 10:48 (UTC +04:00)
Siz logistik operatoru seçərkən təkcə qarşıya qoyulmuş tapşırıqları yerinə yetirən icraçını deyil, həm də bütöv korporativ dəyərlər mədəniyyəti və sistemini seçirsiniz.
AsstrA logistika sahəsində şəxsi ekpertiniz

Bakı. Trend:

Siz logistik operatoru seçərkən təkcə qarşıya qoyulmuş tapşırıqları yerinə yetirən icraçını deyil, həm də bütöv korporativ dəyərlər mədəniyyəti və sistemini seçirsiniz. “AsstrA” şirkətinin əsas dəyər verdiyi müştəridir. Buna görə də müştərilərimizin arzu və ehtiyaclarına diqqətlə yanaşırıq, yeni səmərəli və faydalı həllər axtarırıq.

“AsstrA” yükdaşıma, gömrük rəsmiləşdirilməsi, anbarda saxlama və yüklərin işlənməsi sahəsində xidmətlərin tam kompleksini təqdim edir. Vəzifəmiz rəqabət qabiliyyətini artırmaq və müştərinin biznesini səmərəli etməkdir. Əməkdaşlarımız bu məqsədlə logistik sxemlərin strateji cəhətdən idarə olunmasını təmin edir, etibarlı nəqliyyat şirkətləri ilə sıx əməkdaşlığı davam etdirir, bazarın vəziyyətini və özünəməxsusluğunu nəzərə alır. Şirkətimizdə müxtəlif sahələrin peşəkarları işləyirlər, onlar mürəkkəb və kompleks tapşırıqların yerinə yetirilməsinə əminliklə qoşulurlar.

“AsstrA”nın fəaliyyətinin başlıca prinsipi bu və ya digər sahənin incəliklərini müfəssəl bilən dar ixtisaslı mütəxəssisləri logistik tapşırıqların həllinə cəlb etməkdir. “AsstrA” komandası çox profilli xarakteri ilə seçilir və buna görə də bazardakı vəziyyətdən asılı olmayaraq rasional həll tapır. Komandamız aşağıdakı sahələrin təcrübəli ekspertlərindən ibarətdir: avtomobil, kosmetik mal, xalq istehlakı malları (FMCG), texnika və elektronika, alkoqol və tütün, diri heyvanlar, inkubator yumurtası, kakao, tərəvəz, meyvə və zeytun, kənd təsərrüfatı məhsulları, maşınqayrma, metallurgiya, neft-qaz, əczaçılıq, kimya, sellüloz-kağız məhsulları, dəb sənayesi malları, habelə əndazəsiz, baha qiymətli, maye və tökmə, təhlükəli və refrijerator yüklərin daşınması.

“AsstrA” 20 ildən çoxdur logistik və nəqliyyat xidmətlər bazarında fəaliyyət göstərir. Bu illər ərzində müştərilərimizin uğuru şirkətimizin prioriteti olub. Uğur bir çox ünsürdən formalaşır. Biz onların arasında balans tapırıq və hər sifarişçi üçün qarşıya qoyulmuş hədəflərin dəqiq icrasına zəmanət veririk.

Nüfuz, İsveçrə dəqiqliyi və xidmətin səviyyəsi, logistikanın bütün sahələrində çoxillik təcrübə, Avropa, MDB və Asiyanın 16 ölkəsində qlobal təmsilçilik, peşəkarlıq – bütün bunlar “AsstrA” şirkəti ilə müştərilərimiz arasında uzunmüddətli tərəfdaşlıq münasibətlərinin qurulduğu təməldir.

“AsstrA-Associated Traffic AG” baş ofisi Sürixdə yerləşən (İsveçrə) beynəlxalq nəqliyyat-logistika holdinqidir. Holdinq logistika sahəsində 20 ildən artıq iş təcrübəsinə və qüsursuz nüfuza malikdir. Şirkət MDB, Avropa və Asiyanın 16 ölkəsində təmsil olunub. “AsstrA” müxtəlif nəqliyyat vasitələri ilə beynəlxalq daşımaların təşkili, idxal-ixrac müşayiəti, yüklərin sığortalanması, layihə logistikası, habelə ticarət, anbar və gömrük xidmətlərini özündə birləşdirən kompleks xidmətlər təqdim edir. “AsstrA” ofislərinin geniş coğrafiyası və peşəkarlarla əməkdaşlığı sayəsində cəlbedici qiymətlər üzrə optimal logistik həllər təklif edir, hər bir müştəri və tərəfdaşın tələbatlarını nəzərə alır. “AsstrA” Beynəlxalq Ekspeditor Assosiasiyaları Federasiyası və Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının üzvüdür, habelə ISO 9001, ISO 14001, OHSAS 18001 sertifikatlarına malikdir.

Əlaqə üçün: email: [email protected], mоб.: +994 55 813 59 74, WhatsApp & Viber: +48576147796, Website: http://www.asstra.com/az/, fb: https://www.facebook.com/AsstrAsia/?ref=bookmarks

Məqalədə:
Xəbər lenti

Xəbər lenti