...

Növbəti erməni təxribatının qarşısı alınıb

İqtisadiyyat Materials 15 Sentyabr 2017 12:31 (UTC +04:00)
Sentyabrın 11-də “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisinin ilk günü ermənilər tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin bayrağının yerləşdirilməsinə cəhd edilib.
Növbəti erməni təxribatının qarşısı alınıb

Bakı. Trend:

Sentyabrın 11-də “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisinin ilk günü ermənilər tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin bayrağının yerləşdirilməsinə cəhd edilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinin, Azərbaycanın Rusiyadakı səfirliyinin birgə fəaliyyəti və operativ müdaxiləsi nəticəsində növbəti erməni təxribatının qarşısı alınıb və bayraq sərgidən yığışdırılıb.

Qeyd edək ki, sərginin təşkilatçısı ITE Group da Azərbaycan tərəfinin qaldırdığı məsələyə anlaşıqlı yanaşıb və lazımi dəstək göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti