...

Neft Fondunun Fransada yeni investisiya imkanları müzakirə edilib

İqtisadiyyat Materials 15 Sentyabr 2017 14:34 (UTC +04:00)
ARDNF-nin İcraçı direktoru ilə Fransanın Avropa və Xarici İşlər Naziri yanında Dövlət Katibinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib
Neft Fondunun Fransada yeni investisiya imkanları müzakirə edilib

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə Fransanın Avropa və Xarici İşlər Naziri yanında Dövlət Katibi Jan-Batist Lömuanın başçılıq etdiyi nümayəndə heyəti arasında bu gün görüş keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, görüşdə ARDNF-nin fəaliyyəti, vəsaitlərin idarə edilməsi, investisiya siyasəti və Fransada yeni investisiya imkanları müzakirə edilib.

Nümayəndə heyəti Fondun muzeyi ilə tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti