...

Nazir müavini: Azərbaycan beynəlxalq arenada erməni təxribatlarının qarşısını almaqda davam edəcək

İqtisadiyyat Materials 16 Sentyabr 2017 11:58 (UTC +04:00)
Azərbaycan beynəlxalq arenada erməni təxribatlarının qarşısını almaqda davam edəcək.
Nazir müavini: Azərbaycan beynəlxalq arenada erməni təxribatlarının qarşısını almaqda davam edəcək

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan beynəlxalq arenada erməni təxribatlarının qarşısını almaqda davam edəcək. Trend-in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev bu gün keçirlən mətbuat konfransında deyib.

Nazir müavini xatırladıb ki, sentyabrın 11-14-də Moskvada keçirilən "WorldFood Moscow" Beynəlxalq Ərzaq Sərgisində ermənilər Ermənistanın stendinin qarşısında tanınmayan "Dağlıq Qarabağ Respublikası"nın bayrağını yerləşdirməyə cəhd ediblər.

S.Babayev əlavə edib: "Biz dərhal bu təxribatın qarşısını ala bildik".

Xatırladaq ki, sentyabrın 11-də “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisinin ilk günü ermənilər tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin bayrağının yerləşdirilməsinə cəhd edilib.

Azərbaycan nümayəndə heyətinin, Azərbaycanın Rusiyadakı səfirliyinin birgə fəaliyyəti və operativ müdaxiləsi nəticəsində növbəti erməni təxribatının qarşısı alınıb və bayraq sərgidən yığışdırılıb.

Xəbər lenti

Xəbər lenti