...

Neft Fondunun 2017-ci il büdcəsində dəyişikliklər edilir

İqtisadiyyat Materials 27 Sentyabr 2017 17:30 (UTC +04:00)
Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib.
Neft Fondunun 2017-ci il büdcəsində dəyişikliklər edilir

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

ARDNF-dən Trend-ə verilən məlumata görə, Baş Nazir, ARDNF-nin Müşahidə Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2017-ci il büdcəsində dəyişikliklərin edilməsi məsələsinə baxılıb.

Müşahidə Şurası təqdim olunmuş Fondun 2017-ci il büdcəsinə dəyişiklikləri məqbul hesab edib və həmin dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim olunması barədə qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti