...

Dəmir yolunun sərnişin təsərrüfatında qış mövsümünə hazırlıq sürətləndirilir

İqtisadiyyat Materials 29 Sentyabr 2017 14:23 (UTC +04:00)
Dəmir yolunun sərnişin təsərrüfatında qış mövsümünə hazırlıq işləri sürətləndirilir.
Dəmir yolunun sərnişin təsərrüfatında qış mövsümünə hazırlıq sürətləndirilir

Bakı. Trend:

Dəmir yolunun sərnişin təsərrüfatında qış mövsümünə hazırlıq işləri sürətləndirilir.

Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

“Azərbaycan Dəmir Yolları” QSC-də “Təsərrüfatların qış mövsümünə hazırlığı barədə texniki tədbirlər” planınına əsasən işlər həyata keçirilir. Tədbirlər planına əsasən, Sərnişin Daşımaları Departamentinin kollektivi qış mövsümündə sərnişinlərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasını təmin etmək məqsədilə bütün qüvvələri səfərbər edib.

Vağzallarda, inzibati binalarda, təmir sexlərində dam örtuklərinə, qapı və pəncərələrə baxış keçirilir, istilik sistemləri yoxlanılır, ehtiyac olan yerlərdə təmir işləri aparılır. Sərnişin təsərrüfatında çalışan işçilərin xüsusi geyim və ayaqqabı ilə təmin edilməsi həyata keçirilir. Beynəlxalq istiqamətdə, ölkə daxilində hərəkət edən sərnişin qatarlarında, eləcə də elektrik qatarlarında istilik sistemləri vəziyyəti yoxlanılır, çatışmazlıqlar aradan qaldırılır.

Görülən işlər sərnişin qatarlarında xidmət mədəniyyəti səviyyəsinin daha da yüksəldilməsinə hesablanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti