...

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"ndə "Təhlükəsizlik günü" keçirilib (FOTO)

İqtisadiyyat Materials 24 Oktyabr 2017 17:46 (UTC +04:00)
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də "Təhlükəsizlik günü" keçirilib.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"ndə "Təhlükəsizlik günü" keçirilib (FOTO)

Bakı. Trend:

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də "Təhlükəsizlik günü" keçirilib.

Qurumdan Trend-ə verilən məlumata görə, tədbirdə keçən rüb yazılmış “Müşahidə kartları”nın nəticələri əsas müzakirə mövzusu olub.

Bundan başqa, son beş ayda Gəmiçilikdə qeydə alınan qəzalar, yan ötmüş hadisələr, daxili audit və monitorinqlər barədə də danışılıb. Bununla yanaşı, dünya gəmiçilik şirkətlərində baş verənlər də nəzərdən keçirilib.

Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin rəisi Ələkbər Əzizli bildirib ki, Gəmiçilikdə təhlükəsizlik məsələləri daim diqqətdə saxlanılır. Departament rəisi ötən rüb "Bibiheybət" Gəmi Təmiri Zavodunda aparılan monitorinqlər əsasında qeydə alınan “Müşahidə kartları” haqqında da danışıb. Qeyd edib ki, müəssisədə rast gəlinən uyğunsuzluqlar analiz olunub və həlli istiqamətində xüsusi tapşırıqlar verilib.

Dəniz üzgüçülüyünün təhlükəsizliyi departamentinin rəis müavini Rövşən Dəmirov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də təhlükəsizliklə bağlı keçirilən təlimlər və onların əhəmiyyəti haqqında ətraflı məlumat verib. O, təlimlərin hesabına son dörd ildə belə hadisələrin sayında azalmaların qeydə alındığını vurğulayıb.

Sonda çıxış edən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev təhlükəsizlik mədəniyyətinin daha da inkişaf etdirilməsinin vacibliyini önə çəkib. Diqqətə çatdırıb ki, bununla bağlı bütün heyət çalışmalı, daha çox öyrənməli və öz təcrübəsini digərləri ilə bölüşməlidir. Çünki təhlükəsiz iş şəraitini təmin etmək əsas vəzifələrimizdəndir.

Bununla belə, R.Vəliyev aidiyyəti struktur rəhbərlərinə treninq və məşğələlərin davamlı və daha praktik keçirilməsi ilə bağlı tapşırıqlarını da verib.

Tədbirdə Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndisi Vaqif Bağırova səmərəli əmək fəaliyyətinə görə Gəmiçiliyin “Fəxri Fərman”ı təqdim edilib.

Toplantının sonunda müvafiq videoçarxlar nümayiş olunub, çıxışlar dinlənilib, rəy və təkliflər öyrənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti