...

Pambıq tədarükü 170 min tonu ötüb

İqtisadiyyat Materials 8 Noyabr 2017 12:07 (UTC +04:00)
Ötən gün ölkə üzrə pambıq qəbulu məntəqələrinə 2069,92 ton pambıq təhvil verilib.
Pambıq tədarükü 170 min tonu ötüb

Bakı. Trend:

Ötən gün ölkə üzrə pambıq qəbulu məntəqələrinə 2069,92 ton pambıq təhvil verilib.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bərdə rayonu pambıq tədarükünə liderlik edir. Belə ki, rayon pambıqçıları ötən gün 313,08 ton pambıq təhvil veriblər.

Məlumatda qeyd olunur ki, ölkə üzrə bu günə qədər 170 min 636,65 ton pambıq tədarük edilib.

08.11.2017-ci il tarixə pambıq tədarükünə dair operativ məlumat

Məqalədə:
Xəbər lenti

Xəbər lenti