...

Cocuq Mərcanlıda su təchizatı infrastrukturu yaradılıb (FOTO)

İqtisadiyyat Materials 20 Noyabr 2017 15:47 (UTC +04:00)
Cocuq Mərcanlı kəndində əhalini içməli su ilə təmin etmək üçün su təchizatı infrastrukturu yaradılıb.
Cocuq Mərcanlıda su təchizatı infrastrukturu yaradılıb (FOTO)

Bakı. Trend:

2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində erməni işğalından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əhalini içməli su ilə təmin etmək üçün su təchizatı infrastrukturu yaradılıb.

“Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, bu məqsədlə subartezian quyusu qazılıb, su xətti çəkilərək bütün yaşayış evləri içməli su ilə təmin edilib. Sakinlərə operativ və keyfiyyətli xidmət göstərilməsi məqsədilə kənddə “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin Cəbrayıl Sukanal İdarəsinin Cocuq Mərcanlı sahəsi yaradılıb. Gələcəkdə kəndin su təchizatı bu xidmət sahəsi tərəfindən həyata keçiriləcək.

Noyabrın 17-də “Azərsu” ASC və Cəbrayıl RİH rəhbərliyinin iştirakı ilə xidmət sahəsi binasına baxış keçirilib. Burada yaradılmış şəraitlə tanış olan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov kənd sakinlərinə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə müvafiq tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti