...

Elman Rüstəmov manatın aqibətindən danışdı

İqtisadiyyat Materials 21 Noyabr 2017 14:16 (UTC +04:00)
Gələcəkdə manatın məzənnəsinin möhkəmləndirilməsi bir sıra makro və mikroiqtisadi risklərə gətirib çıxara bilər.
Elman Rüstəmov manatın aqibətindən danışdı

Bakı. Ənvər Məmmədov - Trend:

Gələcəkdə manatın məzənnəsinin möhkəmləndirilməsi bir sıra makro və mikroiqtisadi risklərə gətirib çıxara bilər.

Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Milli Məclisin plenar iclasında 2018-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.

E.Rüstəmov bildirib ki, ilin əvvəlindən Azərbaycan manatı 4 faiz, fevralın sonundan isə 11,5 faiz möhkəmlənib:

"Son 9 ayda manat sonrakı artımın təzyiqi altında olub. Lakin bu, bir sıra makro və mikroiqtisadi risklərə gətirib çıxara bilər. Bu, mikroiqtisadi baxımdan investisiyaların rəqabət qabiliyyətliyini və yeni ixrac istiqamətlərini destimullaşdıra və azalda bilər. Makroiqtisadi baxımdan isə tədiyə balansının pisləşməsinə və idxalın artmasına gətirib çıxara bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti