...

"AtaBank"dan ənənəvi Yeni İl kampaniyası

İqtisadiyyat Materials 4 Dekabr 2017 11:57 (UTC +04:00)
"AtaBank" inanılmaz Yeni İl kampaniyası çərçivəsində müştərilərinə dəyərli hədiyyələr təklif edir.
"AtaBank"dan ənənəvi Yeni İl kampaniyası

Bakı. Trend:

"AtaBank" inanılmaz Yeni İl kampaniyası çərçivəsində müştərilərinə dəyərli hədiyyələr təklif edir.

Bankdan Trend-ə verilən məlumata görə, “Hədiyyəli Yeni İl” kampaniyası çərçivəsində 04.12.2017– 29.12.2017 tarixləri arasında “AtaBank” ASC-də sığortalı əmanət yerləşdirən müştərilər istədikləri hədiyyəni əldə etmək şansını qazanırlar.

Əmanətçilərə müqavilə ilə birgə hədiyyələr siyahısı təqdim olunur və müştərilər yerləşdirdikləri məbləğin dəyərindən asılı olaraq hədiyyə seçimi edirlər.

“AtaBank”da əmanət yerləşdirən müştərilərə veriləcək hədiyyələr aşağıdakılardır: İphone X, İsma Bike, Excelsior Hotel, Chinar Hotel & SPA, Excelsior Hotel Shamkir, Qalaaltı Hotel & SPA otellərində istirahət, müalicə və idman paketləri.

Kampaniya yalnız fiziki şəxslərə şamil olunur və yola saldığımız ilin son iş günü, yəni 29 dekabr 2017-ci il tarixinədək qüvvədədir.

Kampaniya şərtləri ilə daha ətraflı şəkildə tanış olmaq üçün 136 məlumat mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100% yerli kapitallı, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəsi vasitəsilə korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti