...

BP və ADA universiteti Azərbaycanda ilk “Big Data” Elmi-tədqiqat və təlim mərkəzi yaradıb

İqtisadiyyat Materials 15 Dekabr 2017 12:18 (UTC +04:00)
BP şirkəti ADA universiteti ilə birgə Azərbaycanda ilk “Big Data” Elmi-tədqiqat və təlim mərkəzinin yaradılması üzrə layihəni başa çatdırıb.
BP və ADA universiteti Azərbaycanda ilk “Big Data” Elmi-tədqiqat və təlim mərkəzi yaradıb

Bakı. Maksim Tsurkov - Trend:

BP şirkəti ADA universiteti ilə birgə Azərbaycanda ilk “Big Data” Elmi-tədqiqat və təlim mərkəzinin yaradılması üzrə layihəni başa çatdırıb.

Trend-in məlumatına görə, ötən il başlayan layihə BP-nin və onun tərəfdaşlarının yerli potensialın yaradılmasına dəstək üzrə öhdəliklərindən biridir.

Mərkəz ADA Universitetində yaradılıb. Layihə nəticəsində burada iri məlumatların təhlili və öyrənilməsi üzrə yeni magistr proqramı başlayacaq.

Layihənin icra olunduğu müddətdə məlumatların təhlili üzrə kitabxana yaradılıb, aparat və proqram təminatı, eləcə də 30 işçi terminalı quraşdırılıb. Hazırda Mərkəz istismara hazırdır.

Qeyd edək ki, layihə 2016-cı ilin oktyabrından 2017-ci ilin dekabrınadək ADA Universiteti tərəfindən reallaşdırılıb. Layihənin dəyəri 410 min dollar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti