...

"Kapital Bank" müdafiə sənayesi işçilərinə endirimlə kredit təqdim edir

İqtisadiyyat Materials 18 Dekabr 2017 10:40 (UTC +04:00)
"Kapital Bank" 17 dekabr – Müdafiə Sənayesi Nazirliyinin yaranması günü münasibətilə yeni güzəştli kredit aksiyası təqdim edir.
"Kapital Bank" müdafiə sənayesi işçilərinə endirimlə kredit təqdim edir

Bakı. Trend:

"Kapital Bank" 17 dekabr – Müdafiə Sənayesi Nazirliyinin yaranması günü münasibətilə yeni güzəştli kredit aksiyası təqdim edir.

Bankdan Trend-ə verilən məlumata görə, aksiya çərçivəsində "Kapital Bank"dan məvacib alan nazirlik əməkdaşlarına illik faiz dərəcəsində 2%-dək endirim edilir. 8 000 AZN-dək olan kreditlər isə zaminsiz verilə bilər. Aksiya 31 yanvar 2018-ci il tarixədək keçirilir.

Qeyd edək ki, "Kapital Bank"da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqını Kapital Bank-dan alanlara şamil edilir.

Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Ümumi kredit şərtləri barədə ətraflı – https://kapitalbank.az/loans/cash?hl=az .

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti