...

Rusiyadan Azərbaycana olan bu reys dayandırıldı

İqtisadiyyat Materials 20 Dekabr 2017 16:10 (UTC +04:00)
Rusiya Hava Nəqliyyatı Federal Agentliyi “Saratovskie avialinii” aviaşirkətinin Azərbaycana uçuş icazəsini geri çağırıb
Rusiyadan Azərbaycana olan bu reys dayandırıldı

Bakı. Maksim Tsurkov - Trend:

Rusiya Hava Nəqliyyatı Federal Agentliyi “Saratovskie avialinii” aviaşirkətinin Azərbaycana uçuş icazəsini geri çağırıb.

Trend-in məlumatına görə, bu barədə agentliyin Beynəlxalq daşımalara icazə üzrə qurumlararası komissiyasının protokolunda qeyd olunub.

Protokolda bildirilir ki, şirkətin həyata keçirdiyi Novosibirsk-Qəbələ reysinə icazə ləğv edilib.

Bu qərara icazənin verildiyi müddətdə uçuşların həyata keçirilməməsi səbəb olub.

Qeyd edək ki, “Saratovskie avialinii” bu reysin yerinə yetirilməsi üçün icazəni 2014-cü ilin iyulunda alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti