...

Azərbaycanda gəmilərin qeydiyyata alınma qaydaları dəyişdirilir

İqtisadiyyat Materials 25 Dekabr 2017 10:00 (UTC +04:00)
Azərbaycanda gəmilərin qeydiyyata alınma qaydaları dəyişdirilir.
Azərbaycanda gəmilərin qeydiyyata alınma qaydaları dəyişdirilir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda gəmilərin qeydiyyata alınma qaydaları dəyişdirilir.

Trend-in məlumatına görə, Azərbaycanın Baş naziri Artur Rasi-zadə tərəfindən imzalanan qərara əsasən, “Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları”nda 2.8.7-ci (gəmi radiostansiyasının fəaliyyəti üçün xüsusi icazə) və 2.8.12-ci (gəminin üzgüçülüyə yararlılığı haqqında şəhadətnamə və notariat qaydasında təsdiq edilmiş surəti) yarımbəndlər ləğv edilib.

Həmçinin qərara əsasən, 3.2-ci bənddə “tədbirləri nəticəsində verilmiş şəhadətnamə (gəminin üzgüçülüyə yararlılığı haqqında şəhadətnamə)” sözləri “tədbirlərinin nəticəsi” sözləri ilə əvəz edilib.

Qaydalara 6 nömrəli əlavə - “Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində gəminin qeydiyyata alınmasına dair Ərizə-Anket”in 31.3-cü bəndi ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti