...

Dövlət Neft Fondunun 2018-ci il üçün büdcə layihəsi müzakirə olunub

İqtisadiyyat Materials 25 Dekabr 2017 18:50 (UTC +04:00)
Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib
Dövlət Neft Fondunun 2018-ci il üçün büdcə layihəsi müzakirə olunub

Bakı. Trend:

Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

ARDNF-dən Trend-ə verilən məlumata görə, Baş nazir, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Dövlət Neft Fondunun 2018-ci il üçün büdcə layihəsi müzakirə olunub.

Müşahidə Şurası tərəfindən Azərbaycan Respublikası Hesablama Palatasının rəyi nəzərə alınmaqla Dövlət Neft Fondunun 2018-ci il üçün büdcə layihəsinə, o cümlədən Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə dair Fondun İcraçı direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılararaq Fondun büdcə layihəsi, o cümlədən Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilib və Neft Fondunun 2018-ci il üçün büdcə layihəsi Hesablama Palatasının rəyi ilə birlikdə təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilib.

İclasda eyni zamanda ARDNF-nin “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının” yeni “Maliyyə alətləri” adlı 9 nömrəli standartına keçidi ilə əlaqədar Fondun “Mühasibat Uçotu Siyasəti” və “Hesablar Planı”na müvafiq dəyişikliklər təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti