...

"Azərişıq": Bayram günlərində enerji təchizatında problem olmayıb

İqtisadiyyat Materials 4 Yanvar 2018 14:45 (UTC +04:00)
Paytaxt Bakıda və Azərbaycanın regionlarında bayram günlərində elektrik enerjisi ilə təchizat sarıdan heç bir problem yaşanmayıb.
"Azərişıq": Bayram günlərində enerji təchizatında problem olmayıb

Bakı. Trend:

Paytaxt Bakıda və Azərbaycanın regionlarında bayram günlərində elektrik enerjisi ilə təchizat sarıdan heç bir problem yaşanmayıb.

Bu barədə Trend-ə “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilir ki, bu, ölkənin elektrik enerjisi şəbəkəsində son illər həyata keçirilən əsaslı yenidənqurma, infrastrukturun yenilənməsi istiqamətində görülmüş sistemli işlərin birbaşa nəticəsidir.

ASC-dən bildirilib ki, “Azərişıq” ASC bayram günləri ərzində gücləndirilmiş iş rejimində işləyib və elektrik enerjisi ilə təchizat baxımından problemlərlə bağlı daxil olan bütün müraciətlərə çevik reaksiya verib.

Bayram günləri ərzində “Azərişıq” ASC-nin 199 saylı “Cağrı mərkəzi”nə cəmi 48 fərdi müraciət daxil olub. Əməkdaşlar operativ qaydada həmin ünvanlara baş çəkərək müraciətlər əsasında lazım olan tədbirləri görüblər.

O cümlədən, bayram günləri ərzində ölkənin qış turizmi bölgələrində elektrik enerjisi təchizatının fasiləsiz təmin edilməsi üçün bütün ehtiyat tədbirləri görülmüşdü. Nəticədə bu bölgələrdə də elektrik təchizatı sarıdan heç bir problem qeydə alınmayıb və bu da bölgələrə axın edən yerli, xarici turistlərin istirahətinin yüksək səviyyədə təmin olunmasına imkan verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti