...

Yapon iş adamları Azərbaycanda irihəcmli istehsal sahələrinin yaradılmasına töhfə verəcək

İqtisadiyyat Materials 9 Yanvar 2018 14:45 (UTC +04:00)
Yaponiyalı iş adamları Azərbaycanda irihəcmli istehsal sahələrinin yaradılmasına töhfə verəcək.
Yapon iş adamları Azərbaycanda irihəcmli istehsal sahələrinin yaradılmasına töhfə verəcək

Bakı. Trend:

Yaponiyalı iş adamları Azərbaycanda irihəcmli istehsal sahələrinin yaradılmasına töhfə verəcək.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, bu barədə DGK sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori ilə görüşündə bildirilib.

Görüşdə Azərbaycanda biznes mühitinin, sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsi, eləcə də ölkə iqtisadiyyatının formalaş-masında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən A.Əliyev bu islahatların iş adamlarının çevik və səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaratdığını vurğulayıb.

Azərbaycanda yaradılan münbit investisiya mühiti ilə əlaqədar yaponiyalı iş adamlarının da ölkəmizə investisiya yatıracağına, konkret olaraq irihəcmli istehsal sahələrinin yaradılmasına töhfə verəcəklərinə əminlik ifadə olunub, eyni zamanda respublikada yapon şirkətlərinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

Azərbaycanda bütün sahələrdə olduğu kimi, gömrük sahəsində də elm, tədris və tədqiqat fəaliyyətinə xüsusi önəm verildiyini söyləyən A.Əliyev Azərbaycan gömrük xidmətinin gənc kadrlarının təhsillərini müasir tələblər baxımından təkmilləşdirmək üçün xarici ölkələrin nüfuzlu ali məktəblərində, eləcə də Yaponiyada elmi və təcrübi biliklərini artırdıqlarını diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti