...

Sığorta bazarının modernləşdirilməsi mexanizmlərinin yaradılması müzakirə olunur

İqtisadiyyat Materials 12 Yanvar 2018 10:33 (UTC +04:00)
Maliyyə Bazarlarına Nəzarət Palatasında ötən ilin yekunlarına və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib.
Sığorta bazarının modernləşdirilməsi mexanizmlərinin yaradılması müzakirə olunur

Bakı. Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatasında ötən ilin yekunlarına və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib.

Bu barədə Trend-ə Palatadan məlumat verilib.

Məlumatda qeyd olunur ki, Palatanın Baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda Palatanın ötən ilin ikinci yarısından etibarən uğurla icra etdiyi layihələr, imza atdığı yeniliklər, maliyyə sektorunun və makroiqtisadi vəziyyətinin sabitliyinin qorunmasına dair görülən işlər, maliyyə xidmətlərinin istehlakçıları qarşısında yerinə yetirilən öhdəliklər müzakirə olunub. Palata tərəfindən bank sektorunun sağlamlaşdırılması, sığorta sektorunun təkmilləşdirilməsi məqsədilə mexanizmlərinin yaradılması, habelə qiymətli kağızlar bazarlarının inkişafı istiqamətində atılan addımlar, bankların kapital bazarlarına inteqrasiyası kimi məsələlərlə bağlı təkliflər dinlənilib.

İclasda həmçinin maliyyə xidmətlərinin inkişafına dair “Strateji Yol Xəritəsi”nin Tədbirlər Planında Palatanın əsas icraçısı olduğu, eləcə də digər icraçısı olduğu strateji yol xəritələri üzrə tədbirlərin 2017-ci ildə icrası ilə bağlı məsələlər müzakirə olunub.

İclasda daxili Monitorinq qrupu tərəfindən strateji yol xəritələrinin icrası üçün 2017-2018-ci illər üzrə Əməliyyat Planının 2018-ci il üzrə icra olunacaq tədbirlərin həyata keçirilməsində yarana biləcək risklər və növbəti hədəflər barədə məlumat iclas iştirakçılarına təqdim edilib.

Baş İcra direktor İ.Alışov Əməliyyat Planının 2018-ci ildə də vaxtında və daha effektiv həyata keçirilməsi ilə bağlı öz tövsiyə və tapşırıqlarını işçi qruplarının rəhbərlərinə verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti