...

“AzerGold” QSC-də 2017-ci ilin yekunlarına həsr olunan iclas keçirilib (FOTO)

İqtisadiyyat Materials 15 Yanvar 2018 17:06 (UTC +04:00)
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin inzibati binasında İdarə Heyətinin sədri Zakir İbrahimovun sədrliyi ilə ilin yekunlarına həsr olunan iclas keçirilib.
“AzerGold” QSC-də 2017-ci ilin yekunlarına həsr olunan iclas keçirilib (FOTO)

Bakı. Trend:

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin inzibati binasında İdarə Heyətinin sədri Zakir İbrahimovun sədrliyi ilə ilin yekunlarına həsr olunan iclas keçirilib.

QSC-dən Trend-ə verilən məlumata görə, tədbirdə Cəmiyyətin idarə və işçi heyəti, həmçinin Çovdar Filiz Emalı Sahəsində çalışan əməkdaşlar video bağlantı vasitəsi ilə iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Z.İbrahimov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz hər bir sahədə uğurla inkişaf edir. İdarə Heyətinin sədri qeyri-neft sektorunun sürətli inkişafını və bu inkişafa “AzerGold” QSC-nin də öz töhfəsini verdiyini qeyd edərək, Cəmiyyətin qeyri-neft ixracının liderlərindən birinə çevrilməsini vurğulayıb.

İclas zamanı Daşkəsəndə yerləşən Çovdar, Balakəndə yerləşən Filizçay və Mazımçay, Naxçıvan Muxtar Respublikasında yerləşən Göydağ-Əlincə filiz qovşağının Ortakənd sahələrində kəşfiyyat, tədqiqat, tikinti, istismar işlərinin davam etdirilməsi, ölkədə əlvan metal sənayesinin davamlı və dayanıqlı inkişafının təmin edilməsi, Cəmiyyətin xərclərinin optimallaşdırılması, planlaşdırılan ixrac əməliyyatlarının yerinə yetirilməsinin zəruriliyi vurğulanıb. Bununla yanaşı, tədbirdə yeni perspektivli sahələrin aşkar edilməsi, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi, kadr potensialının möhkəmləndirilməsi, layihə və proqramların icrası, həmçinin digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

İdarə Heyətinin sədri Prezidentin 11 fevral 2015-ci il tarixli Sərəncamından irəli gələn tapşırıqların yerinə yetirilməsi üçün hər bir əməkdaşın bacarıq və qüvvəsini əsirgəməyəcəyinə dair əminliyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti