...

Yeni kriptovalyuta gəlir - Rupi

İqtisadiyyat Materials 29 Yanvar 2018 17:17 (UTC +04:00)
İndoneziya Bankı bu il sınaq rejimində rəqəmsal rupi buraxmaq niyyətindədir.
Yeni kriptovalyuta gəlir - Rupi

Bakı. Trend:

İndoneziya Bankı bu il sınaq rejimində rəqəmsal rupi buraxmaq niyyətindədir.

Trend-in məlumatına görə, bank rəsmiləri bu pulun kriptovalyutalara analoq ola biləcəyini deyib.

Qeyd olunur ki, hazırda istifadə olunan əskinaslar rəqəmsal pula konvert edilə bilər.

İndoneziyanın kriptovalyutası həm ölkə daxilində, həm də beynəlxalq əməliyyatlar üçün istifadə oluna bilər.

İndoneziya Bankı rəqəmsal rupinin dəyərinin real aktivlərdən asılı olacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti