...

Qida məhsullarının ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib

İqtisadiyyat Materials 31 Yanvar 2018 16:14 (UTC +04:00)
Qida məhsullarının ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
Qida məhsullarının ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib

Bakı. Trend:

Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Təhlükəsiz qida ilə ixraca dəstək” devizi altında qida məhsullarının ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə AZPROMO və Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi, Avropa İttifaqı proqramının layihə rəhbəri Yan Quildinq, yerli istehsalçı və ixracatçı şirkətlərin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verib, qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi, qida məhsullarının ictimai iaşə və xidmət sahələrində istifadəsi istiqamətində qanunvericiliyin tələblərini diqqətə çatdırıb. Qeyd olunub ki, Agentlik qida məhsullarının istehsalı, tədarükü və dövriyyəsi ilə məşğul olan sahibkarların, qida məhsulları istehlakçılarının qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, habelə yerli istehsalçıların dəstəklənməsi istiqamətində AZPROMO ilə sıx əməkdaşlıq edəcəkdir.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycan məhsullarının ixracının dəstəklənməsinin, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinin, habelə ixrac olunacaq məhsulların keyfiyyətli və təhlükəsizlik normalarına uyğun istehsalının əhəmiyyətini vurğulayıb, bu istiqamətdə Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlığın vacibliyini bildirib.

“Azərbaycan Hökumətinin ərzaq məhsulları və yem təhlükəsizliyinə rəsmi nəzarət sahəsində institusional potensialının gücləndirilməsi” proqramının layihə rəhbəri Yan Quildinqin təhlükəsiz qida və ixraca dəstək mövzusunda təqdimatı dinlənilib.

Görüşdə sahibkarların təklifləri dinlənilib, sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti