...

Bakı və Türkmənbaşı limanları vasitəsilə yükdaşıma ilə bağlı sazişə əlavə və dəyişikliklər təsdiq edilib

İqtisadiyyat Materials 6 Fevral 2018 15:50 (UTC +04:00)
Bakı və Türkmənbaşı limanları vasitəsilə yükdaşıma ilə bağlı sazişə əlavə və dəyişikliklər təsdiq edilib.
Bakı və Türkmənbaşı limanları vasitəsilə yükdaşıma ilə bağlı sazişə əlavə və dəyişikliklər təsdiq edilib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Bakı və Türkmənbaşı (Türkmənistan) limanları vasitəsilə beynəlxalq birbaşa dəmir yolu-bərə əlaqələrində yüklərin daşınmasının təşkili, yük vaqonlarının və konteynerlərin istismarı, nömrələr üzrə uçotu və onlardan istifadəyə görə hesablaşmalar haqqında sazişə dəyişikliklər və əlavələr edilməsi barədə protokolun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Nazirlər Kabinetinə bu sərəncamda göstərilən protokolun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görmək tapşırılıb.

Qeyd edək ki, sazişə dəyişikliklər və əlavələr edilməsi barədə protokol 2017-ci il avqustun 8-də Bakı şəhərində imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti